00:29 04-09-2021
news_image
179
FUTBOL

Uğurlu sayılan nadir günlərdən biri – yığmamız üçün

Azərbaycan millisi sabah növbəti matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, İrlandiya ilə oyunun baş tutacağı gün təqvimdə yığmamız üçün uğurlu sayılan nadir günlərdən biridir.

Komandamız indiyədək sentyabrın 4-də 4 qarşılaşma keçirib və uduzmayıb. Aktivində 2 qələbə və 2 heç-heçəsi olan milli bütün görüşlərdə qol da vurub.

Düzdür, hər iki qələbə San-Marino üzərindədir. Lakin heç-heçələr Portuqaliya və Uelslə matçlara təsadüf edib.

4 sentyabr 1999. Bakı. AÇ. Azərbaycan – Portuqaliya 1:1
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels 1:1
4 sentyabr 2016. DÇ. San Marino. San Marino – Azərbaycan 0:1
 4 sentyabr 2017. DÇ. Bakı. Azərbaycan - San Marino 5:1