21:02 03-09-2021
news_image

Güləşçilərimizdən 3 qızıl, 1 gümüş və 2 bürünc medal – I MDB Oyunlarında

Rusiyanın Kazan şəhərində I MDB Oyunları start götürüb.

Apasport.az saytının məlumatına görə, bu gün "Bars" Arenada yunan-Roma güləşi üzrə yarış keçirilib. 

Ölkəmizi güləşin bu növündə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millimizin 8 üzvü təmsil edib. Onlardan 7-si qrup mərhələsini uğurla adlayıb. Yarımfinalda daha 4 qələbə qeydə alınıb. Yekunda 8 güləşçimizdən 6-sı fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutub.

Beləliklə, millimiz I MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

55 kq
B qrupu

1-ci görüş: Nihad Quluzadə - Qurban Konaliyev (Rusiya) 8:0
2-ci görüş: Nihad Quluzadə - Asomiddin Həsənov (Özbəkistan) 8:0
Yarımfinal: Nihad Quluzadə - İsxar Kurbayev (Qazaxıstan) 5:1
Final: Nihad Quluzadə - Qurban Konaliyev (Rusiya) 7:2

60 kq
B qrupu

1-ci görüş: Nihat Məmmədli - Vyaçeslav Jeqalov (Belarus) 9:0
2-ci görüş: Nihat Məmmədli - Aslamcan Əzizov (Tacikistan) 6:7
Yarımfinal: Nihat Məmmədli - Dinislam Bammatov (Rusiya) 0:6
Bürünc medal görüşü: Nihat Məmmədli - Nurməhəmməd Abdullayev (Qırğızıstan) 7:1

63 kq
B qrupu

1-ci görüş: Ümidəli Musayev - Andrey Kovalevski (Belarus) 2:8
2-ci görüş: Ümidəli Musayev - Aftandil Talaybekulu (Qırğızıstan) 4:12

67 kq
A qrupu

1-ci görüş: Həsrət Cəfərov - İlyas Yandarov (Rusiya) 2:1
2-ci görüş: Həsrət Cəfərov - Madiyar Maulitkanov (Qazaxıstan) 9:0
Yarımfinal: Həsrət Cəfərov - Doniyerxon Nakibov (Özbəkistan) 10:1
Final: Həsrət Cəfərov - Qoşqar Məhəmməd (Qazaxıstan) 7:5

72 kq
B qrupu

1-ci görüş: Qurban Qurbanov - Dmitri Adamov (Rusiya) 6:3
2-ci görüş: Qurban Qurbanov - Pavel Qlinçuk (Belarus) 6:9
Yarımfinal: Qurban Qurbanov - Abdiazim Karabayev (Qazaxıstan) 6:0
Final: Qurban Qurbanov - Dmitri Adamov (Rusiya) 0:8

77 kq
B qrupu

1-ci görüş: Elcan Məmmədov - Dmitri Bonko (Belarus) 9:1
2-ci görüş: Elcan Məmmədov - Rəsul Junis (Qazaxıstan) 5:4
Yarımfinal: Elcan Məmmədov - Muradcan Alimcanov (Özbəkistan) 7:15
Bürünc medal görüşü: Elcan Məmmədov - Rəsul Junis (Qazaxıstan) 0:9

87 kq
A qrupu

1-ci görüş: Laçın Vəliyev - Aleksandr Savitski (Belarus) 8:0
2-ci görüş: Laçın Vəliyev - Məqsəd Saylau (Qazaxıstan) 1:12
Yarımfinal: Laçın Vəliyev - Məhəmməd Yevloyev (Rusiya) 1:10
Bürünc medal görüşü: Laçın Vəliyev - Şəhriyar Juraboyev (Özbəkistan) 3:1

130 kq
A qrupu

1-ci görüş: Sərxan Məmmədov - Nikita Kovalski (Belarus) 7:5
2-ci görüş: Sərxan Məmmədov - Asker Qubjev (Rusiya) 10:5
Yarımfinal: Sərxan Məmmədov - Asılbek Janibekulı (Qazaxıstan) 5:1
Final: Sərxan Məmmədov - Nikita Kovalski (Belarus) 4:0