21:07 03-09-2021
news_image
222
FUTBOL

“Başa düşürük ki, matçı xalqımız izləyir” - Emin Mahmudov

“Sabah bizi çətin oyun gözləyir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.

Təcrübəli yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İrlandiya ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Başa düşürük ki, matçı xalqımız izləyir. Bizə mütləq yaxşı nəticə lazımdır. Əlimizdən gələn hər şeyi edəcəyik ki, səfərdən əliboş qayıtmayaq. Hamı bizdən yaxşı oyun və yaxşı nəticə gözləyir”.

Mahmudov Lüksemburqa məğlubiyyətdən sonrakı ab-havadan da danışıb: “Əlbəttə, Lüksemburqa məğlub olduq. Amma üç gündən bir oyunumuz var. Ona görə başımızı aşağı salmağa başlasaq, alınmayacaq. Sabah yaxşı oyun göstərməli, yaxşı nəticə qazanmalıyıq”.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin V turunun sabahkı matçında Azərbaycan səfərdə İrlandiya ilə qarşılaşacaq.