23:46 03-09-2021
news_image
80
FUTBOL

Millimiz uduzdu - bu dəfə U-19

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə ilk oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, ev sahibləri ilə oyun rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində Süleyman Damadayev fərqlənib. U-19 turnirdə növbəti oyununu sentyabrın 5-də macarıstanlı yaşıdlarına qarşı keçirəcək.