10:33 04-09-2021
news_image
83
FUTBOL

“Hələ ölməmişik, bizi dəfn etmək üçün tezdir” – irlandiyalı müdafiəçi

“Portuqaliyaya qalib gəlsəydik, qrupdakı vəziyyətimiz çox yaxşı olacaqdı. Ancaq hələ ölməmişik, bizi dəfn etmək üçün tezdir”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının müdafiəçisi Matt Doherti deyib.

29 yaşlı cinah oyunçusu DÇ-2022-nin seçmə mərhələsində bu gün Azərbaycan millisi ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. “Tottenhem”in oyunçusu yalnız qələbə hədəflədiklərini söyləyib: “Azərbaycanla oyunöncəsi özümüzü yaxşı hiss edirik. Əvvəlcə Azərbaycanı, ardından isə Serbiyanı məğlub edəcək gücdəyik. Pley-offa çıxmaq baxımından çətin vəziyyətdəyik. Buna rəğmən Azərbaycan və Serbiyaya qalib gəlsək, qrupdakı durumumuz düzələcək”.

Qeyd edək ki, Dublindəki “Aviva” stadionunda keçiriləcək İrlandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.