11:00 04-09-2021
news_image
122
TOKİO-2020

Paralimpiadada növbəti qızıl medalları qazanan idmançılarımızı təbrik etdi - Prezident İlham Əliyev

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısı bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”,-deyə Prezident İlham Əliyev qeyd edib.