11:17 04-09-2021
news_image
96
FUTBOL

“Bəzi futbolçuları Azərbaycanla oyun üçün qoruyacağıq” - Fernando Santuş

“İrlandiya ilə oyunda iştirak edənlərin hamısının Qətərlə matçda meydana çıxması mümkün deyil. Təbii ki, bəziləri yenə oynayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş deyib.

Təcrübəli mütəxəssis sentyabrın 7-də Azərbaycanla keçiriləcək səfər matçına hazır çıxmaları üçün bəzi oyunçulara Qətərlə bugünkü yoldaşlıq görüşündə istirahət verəcəyini bildirib: “Altı əvəzetməmiz var. İşimizi elə quracağıq ki, Azərbaycan önünə yorğun çıxmayaq. Əlbəttə ki, bəzi futbolçularımızı həmin oyun üçün qoruyacağıq”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.