11:58 04-09-2021
news_image
146
FUTBOL

“Kuman özgüvənimi öldürdü” - Pyaniç

“Beşiktaş”ın yeni transferi Miralem Pyaniç müqavilə ilə məxsus olduğu “Barselona”dan ayrılmasının səbəblərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Türkiyə təmsilçisinə keçməsini İspaniya nəhənginin baş məşqçisi Ronald Kumanla əlaqələndirib.

O, niderlandlı mütəxəssisin futbolçularla münasibətinin yaxşı olmadığını vurğulayıb: “Kuman mənə qarşı hörmətsizlik etdi. Birbaşa mənimlə ünsiyyət qurmurdu. O mənim özgüvənimi öldürdü. Komanda daxilində əlaqə qurmağın çox yolları var. Başqa bir klub tanımıram ki, orada baş məşqçi yalnız əsas heyətlə söhbət etsin. Bilirdim ki, Kuman qalsa, yeni komanda axtarmalı olacağam”.

Qeyd edək ki, Miralem Pyaniç “Beşiktaş”a 1 illik icarəyə verilib.