12:24 04-09-2021
news_image
104
FUTBOL

Dibala ilə yenə anlaşmadı - “Yuventus”

“Yuventus” hücumçusu Paulo Dibalaya yeni müqavilə təklifi edib.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında növbəti danışıq uğursuz nəticələnib.

Buna səbəb “qoca sinyora”nın təklif etdiyi məbləğin argentinalı ulduz futbolçunu qane etməməsidir. Turinlilər illik 7 milyon avro maaş boyun olsa da, oyunçunun tələbi 10 milyondur. Buna isə klub müsbət yanaşmayıb.

Qeyd edək ki, Dibalanın “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədərdir.