16:36 04-09-2021
news_image
98
FUTBOL

Uzunmüddətli müqavilə bağlayacaq – “Barselona”

“Barselona” yeni 10 nömrəsi Ansu Fati ilə müqavilə müddətini yeniləməkdə maraqlıdır.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar ağır zədədən qayıdan 18 yaşlı forvarda yeni sözləşmə təklif edəcək.

Həmçinin Fati özü də komandasında qalmaq niyyətindədir. Tezliklə danışıqlara start veriləcək və İspaniya millisinin üzvü yeni uzunmüddətli sazişə qol çəkəcək. Çünki futbolçunun atası maliyyə barədə düşünmədiklərini, oğlunun “Barsa”da qalacağını açıqlayıb. 
Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Ansu Fati ötən il əsas komandaya cəlb edilib.