13:15 04-09-2021
news_image
139
FUTBOL

İrlandiya - Azərbaycan: Kim qalib gələcək?

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Dublində təşkil olunacaq görüşdə meydan sahiblərini favorit hesab edir.

Bu gün baş tutacaq matçda Azərbaycanın qələbəsi 7,40, rəqibin qalib gəlməsi 1,58 əmsaldır. Matçda heç-heçəyə 3,94 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.