13:36 04-09-2021
news_image
1224
FUTBOL

AFFA “Rubin”dən Leonu yığmaya gətirir – YALNIZ BİZDƏ

“Rubin”in yarımmüdafiəçisi Leon Musayevin milliləşdirilməsi üçün AFFA danışıqları davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə görüşlər müsbət cərəyan edir.

Müdafiənin mərkəzində də çıxış etməyi bacaran Musayev assosiasiyanın təklifinə isti yanaşır.

AFFA onunla bərabər Rusiya Premyer Liqasında mübarizə aparan daha bir oyunçunun milliləşdirilməsinə çalışır. Söhbət Moskva “Dinamo”sunun yetirməsi olan və bu ilin yayında “Ural”a transfer olunan hücumçu Mixail Ağayevdən gedir. 21 yaşlı ön xətt oyunçusu razılıq versə, U-21 yığmamızın növbəti toplanışına dəvət olunacaq.

Qeyd edək ki, həm Leon Musayev, həm də Mixail Ağayev Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarının formasını geyinib.