13:42 04-09-2021
news_image
103
FUTBOL

Qanunsuz işçilərə görə cərimələndi – “Yuventus”un futbolçusu

“Yuventus”un hücumçusu Federiko Bernardesi cərimələnib.

Apasport.az saytının məlumatına görə, buna səbəb 27 yaşlı forvardın çimərliyində qanunsuz işçilər işlətməsi olub.

Bernardeskiyə məxsus Marina-di-Karrare çimərliyində qanunsuz şəkildə fəaliyyət göstərən 11 nəfərdən ibarət qarson, barmen və aşpaz heyəti aşkarlanıb. Polis futbolçunu 40 min avro məbləğində cərimələyib və çimərliyi bağlatdırıb. Həmin məbləğ ödənilərsə və əcnəbi işçilər qeydiyyata alınarsa, çimərlik yaxın günlərdə bərpa edilə bilər.

Qeyd edək ki, Federiko Bernardeski 2017-ci ildən “Yuventus”da çıxış edir.