15:43 04-09-2021
news_image
87
FUTBOL

“Milan”ı tərk edəcək – “Tottenhem” və ya PSJ üçün

“Milan”ın yarımmüdafiəçisi Frank Kessi mövsümün sonunda komandasını dəyişmək barədə düşünür.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı oyunçunun meneceri indidən təklifləri nəzərdən keçirməyə başlayıb.

Fil Dişi Sahili millisinin üzvü konkret olaraq “Tottenhem” və PSJ-dən təklif alıb. “Milan” onu saxlamaq istəsə də, rəhbərliyin yeni müqavilə təklifindəki maliyyə şərtləri oyunçunun ürəyincə deyil. A seriyası təmsilçisi daha yüksək məvacib təklif etməsə, Kessi mövsümün sonunda başqa komandaya azad agent kimi yollanacaq. Çünki onun müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Frank Kessi “Milan”a 2017-ci ildə “Atalanta”dan keçib.