18:54 04-09-2021
news_image
339
FUTBOL

Lüksemburqda start heyətində - İrlandiyada “23-lük”dən kənarda

Azərbaycan millisinin heyətində yer alan 25 futbolçudan ikisi İrlandiya ilə oyunda “23-lüy”ə daxil edilməyib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi müdafiəçi Sərtan Taşkın və hücumçu Əli Qurbaninin xidmətinə ehtiyac duymayıb.

Onlar DÇ-2022-nin seçmə mərhələsinin bugünkü qarşılaşmasını tribunadan izləyəcək. Sərtan üç gün əvvəl Lüksemburqla səfər görüşünü (1:2) ehtiyatda keçirmiş, Qurbani isə meydana start heyətində çıxmışdı. Onların əvəzinə həmin qarşılaşmada tribunaya göndərilən müdafiəçi Bəhlul Mustafazadə ilə hücumçu Rüstəm Əhmədzadə bu dəfə ehtiyatda öz şansını gözləyəcək.

Qeyd edək ki, İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.