18:59 04-09-2021
news_image

Daha 3 medal – I MDB Oyunlarında

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün qadın güləşçilərin yarışı keçirilib.

Ölkəmizi məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) təmsil edib. Bütün çəkilərdə mübarizə dairəvi sistem üzrə baş tutub. Yekunda güləşçilərimizdən Şəhanə gümüş, Tatyana və Birgül isə bürünc medal qazanıb.

Beləliklə, yığmamızın Oyunlardakı medal sayı 14-ə (3-2-9) çatıb.