19:08 04-09-2021
news_image
81
FUTBOL

Daha bir transferi millidən erkən döndü – “Mançester Yunayted”in

“Mançester Yunayted”in yay transfer dönəmində heyətində qatdığı daha bir futbolçu millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.

Apasport.az saytının məlumatına görə, cəzalı duruma düşən portuqaliyalı Kriştiano Ronaldodan sonra zədələnən ingiltərəli Ceydon Sanço da “qırmızı şeytanlar”a gözləniləndən tez qoşulacaq.

DÇ-2022-nin seçmə mərhələsində Macarıstanla görüşdən (4:0) əvvəl məşqdə ayağından xəsarət alan gənc vinger Andorra (5 sentyabr) və Polşa (8 sentyabr) ilə oyunları buraxacaq. 21 yaşlı futbolçunun Premyer Liqanın növbəti turunda sentyabrın 11-də “Nyukasl”a qarşı keçiriləcək qarşılaşmaya qədər sağalması gözlənilir.

Qeyd edək ki, Kriştiano Ronaldo İrlandiya (2:1) ilə matçda sarı vərəqə aldığı üçün sentyabrın 7-də Bakda Azərbaycan millisinə qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.