23:18 04-09-2021
news_image
228
FUTBOL

Baş məşqçi istefaya çağırıldı – Azərbaycanla heç-heçədən sonra

DÇ-2022-nin seçmə mərhələsində öz meydanında Azərbaycan millisi ilə heç-heçə edən (1:1) İrlandiya yığmasının çıxışı yerli azarkeşlərin narazılığına yol açıb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Aviva” stadionunda baş tutan qarşılaşmadan sonra fanatlar baş məşqçi Stiven Kennini istefaya səsləyib.

Bununla yanaşı, futbol ictimaiyyəti və azarkeşlər sosial şəbəkə vasitəsilə yaradılan “KennyOut” həştəqinə dəstək verib. İrlandlar Kenninin rəhbərliyi altında keçirdiyi 15 oyunun yalnız 1-də qələbə qazana bilib.

Qeyd edək ki, İrlandiya yığması seçmə mərhələ çərçivəsində sentyabrın 7-də Serbiya ilə qarşılaşacaq.