00:00 05-09-2021
news_image
361
FUTBOL

İrlandiya - Azərbaycan: Kim necə oynadı? - STATİSTİKA

Azərbaycan millisinin İrlandiya ilə oyununun statistikası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin V turu çərçivəsində keçirilən görüşün göstəricilərini UEFA hesablayıb.

Dublindəki “Aviva” stadionunda təşkil olunan matçda 1:1 hesabı qeydə alınıb.

Statistikaya nəzər yetirdikdə də komandalar arasında ciddi fərqin olmadığını görmək mümkündür. İrlandların müəyyən dərəcədə üstünlüyü olsa da, yığmamız son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən verib.

İrlandiya - Azərbaycan
Qollar – 1:1
Zərbələr - 20:10
Çərçivəyə zərbələr – 5:4
Çərçivəyə düşməyən zərbələr – 9:3
Bloklanan zərbələr – 6:3
Künc zərbələri – 5:3
Oyundankənar vəziyyət - 1:1
Topa sahibolma faizi – 60:40
Ötürmələr – 531:369
Dəqiq ötürmələr – 441:273
Ötürmələrin dəqiqlik faizi – 83:74
Sarı vərəqələr – 2:1
Qayda pozuntuları - 10:13