10:03 05-09-2021
news_image
114
FUTBOL

166 forma hədiyyə etdi – yeni transfer

“Real”ın yeni transferi Eduardo Kamavinqa maraqlı addıma əl atıb.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi sabiq klubu “Renn”ə jest edib.

Fransalı futbolçu “Renn”in işçiləri üçün 166 ədəd “Real” forması göndərib. O, bunun minnətdarlıq ifadəsi kimi qəbul olunmasını istəyib. Kamavinqa “Renn”in akademiyasında və əsas komandasında keçirdiyi günləri heç vaxt unutmayacağını bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Real”a transfer olunan Eduardo Kamavinqa yeni komandası ilə 6 illik müqavilə imzalayıb.