11:29 05-09-2021
news_image
168
FUTBOL

“Fənərbaxça”dan imtina etdi – PSJ-yə görə

PSJ-nin futbolçusu Rafinya Alkantara karyerasını Türkiyədə davam etdirmək imkanı əldə edib.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Fənərbaxça”nın maraq dairəsinə düşüb.

Lakin 28 yaşlı orta sahə oyunçusu İstanbul nəhənginin təklifini rədd edib. Rafinya əsas heyətə düşməkdə çətinlik çəkməsinə baxmayaraq, PSJ-də qalmaq qərarına gəlib. Hətta fransızların onu transferə çıxarmaq qərarı da oyunçunu fikrindən daşındırmayıb.

Qeyd edək ki, Rafinya Alkantaranın PSJ ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.