12:31 05-09-2021
news_image
661
FUTBOL

Bombardirlər siyahısında dəyişiklik - Sadıqovla Süleymanova şərik

Azərbaycan millisinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Emin Mahmudov ən azı 5 qol vuranların sırasına qoşulub.

DÇ-2022-nin İrlandiya ilə səfərdəki seçmə oyununda fərqlənən yarımmüdafiəçi 5 və daha çox qol vuran 16-cı futbolçudur. Emin 9-16-cı yerləri bölüşən 8-ci oyunçudur.

Mahmudovla eyni sayda qol vuran 7 futbolçu var. Bunlar Rəşad Sadıqov, Vyaçeslav Lıçkin, Əfran İsmayılov, Vidadi Rzayev, Fərrux İsmayilov, Nazim Süleymanov  və Rüfət Dadaşovdur.

Qeyd edək ki, cədvələ Qurban Qurbanov başçılıq edir – 14 qol.

Millidə ən azı 5 qol vuranlar 
1. Qurban Qurbanov - 14
2. Vaqif Cavadov - 9
3. Dmitri Nazarov - 8
4-7. Rauf Əliyev - 7
Branimir Subaşiç - 7
Ramil Şeydayev - 7
Elvin Məmmədov - 7
8. Zaur Tağızadə - 6
9-16. Rəşad Sadıqov - 5
Vyaçeslav Lıçkin - 5
Əfran İsmayılov - 5
Vidadi Rzayev - 5
Fərrux İsmayilov - 5
Nazim Süleymanov - 5
Rüfət Dadaşov – 5
Emin Mahmudov - 5