14:15 05-09-2021
news_image
135
FUTBOL

İngiltərə yolunda - “Yuventus”un futbolçusu

İtaliyanın “Yuventus” klubunun futbolçusu Ueston Makkenni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Aston Villa”nın hədəfindədir.

Birminhem təmsilçisi Uestonu qış transfer pəncərəsində heyətinə qatmaq üçün danışıqlara başlayacaq. Yayda futbolçunu satmaq istəyən, lakin onun üçün klub tapmayan Turin təmsilçisi də bu təklifin əleyhinə deyil.

Qeyd edək ki, 2020-ci ilin sentyabrından “Yuventus”da çıxış edən Makkenni komandada 47 oyun keçirib. Onun hesabında 6 qol var.