17:23 05-09-2021
news_image
997
FUTBOL

Millimizin qazancı bəlli oldu – İrlandiya ilə oyuna görə

Azərbaycan millisi FİFA reytinqində xal qazanıb.

Apasport.az saytının məlumatına görə, buna İrlandiya ilə qarşılaşmadakı heç-heçə səbəb olub.

DÇ-2022-nin seçmə oyununda 1:1 hesablı sülhə nail olan Canni de Byazinin yetirmələri xal hesabında artıma sevinib. Komandamız İrlandiya səfərindən reytinqdə 5,9 xal gətirib.

Millimiz ötən cədvəldə 1166,44 xalla dünyanın 112-cisi idi. Lüksemburqla görüşdə (1:2) 10,8 xal itirən, bu dəfə isə təxminən yarısını qaytaran komandamızın aktivində 1161,54 xal var.
 
İki oyunun yekununda təxminən 5 xal itkisi isə növbəti reytinq cədvəlində əksini tapacaq. Geriləmədən qaçmaq üçün yığmamız vəziyyəti son matçda düzəltməlidir. Portuqaliya ilə görüşdə xal əldə olunmalıdır.

Qeyd edək ki, millimiz iki gündən sonra Portuqaliyanı qəbul edəcək.