11:54 05-09-2021
news_image
143
FUTBOL

"Trabzonspor"un düşərgəsində - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov təcrübə məqsədi ilə Türkiyə Super Liqası təmsilçisi, hazırda adıçəkilən turnirin lideri olan "Trabzonspor"un düşərgəsinə yollanıb. 

Apasport.az saytı xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb. 

Bildirilib ki, Qaradəniz təmsilçisinin bir neçə məşqini izləyən Abbasov daha sonra həmkarı, adıçəkilən klubun çalışdırıcısı Abdullah Avcı ilə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb. Görüş zamanı həmkarına Abbasov tərəfindən "Sumqayıt"ın "61" nömrəli oyun geyimi təqdim olunub.