21:17 05-09-2021
news_image
289
FUTBOL

Yığmaya yeni futbolçu qoşuldu - Portuqaliya ilə oyun üçün

Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Portuqaliya milli komandası ilə matça daha bir futbolçu çağırılıb.

Bu, “Keşlə” klubunun üzvü Şəhriyar Əliyevdir. O, artıq millinin heyətinə qoşulub

Qeyd edək ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyanı qonaq edəcək.