22:43 05-09-2021
news_image
265
FUTBOL

Portuqaliya ilə oyunu buraxacaq - Medvedev və Krivotsyuk

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb.

Bildirilib ki, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı kart cəzalısı olduğu üçün millinin qarşıdakı oyununda iştirak etməyəcək.