09:32 06-09-2021
news_image
157
FUTBOL

Kapitan heyətdən çıxarıldı – Azərbaycanla oyunda zədələndiyi üçün

İrlandiya millisinin heyətində dəyişiklik baş verib.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirilən oyundan sonra kapitan Şeymus Koulman heyətdən çıxarılıb.

Buna səbəb 33 yaşlı müdafiəçinin millimizlə qarşılaşmada zədələnməsi olub. 1:1 hesabı ilə başa çatan görüşü əvəz edilmədən keçirən müdafiəçinin tibbi müayinədən sonra zədə aldığı aşkarlanıb. Futbolçu seçmə mərhələnin Serbiya ilə oyununu buraxacaq. Onun əvəzinə “Fulhem”in oyunçusu Sayrus Kristi heyətə cəlb olunub.

Qeyd edək ki, İrlandiya – Serbiya oyunu sabah “Aviva” stadionunda keçiriləcək.