09:37 06-09-2021
news_image
148
FUTBOL

Yeni dünya rekordu – İtaliyadan

İtaliya millisi yeni dünya rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıb.

Bu, DÇ-2022-nin V turunun İsveçrə ilə matçında rəsmiləşib. Qolsuz heç-heçə apenninlilərin uduzmadığı 36-cı qarşılaşma olub.

Sonuncu dəfə 2018-ci ildə Millətlər Liqasında Portuqaliyaya 0:1 hesabı ilə uduzan Mançininin komandası Braziliya və İspaniyanın şərik olduğu dünya rekordunu arxada qoyub. Cənubi amerikalılar 1993-96, ispaniyalılar isə 2007-09-cu illərdə ardıcıl 35 oyunda məğlub olmayıb. 

Qeyd edək ki, İtaliya bu müddətdə AVRO-2020-nin çempionu olub.