22:13 06-09-2021
news_image
112
FUTBOL

35 yaşlı Qodindən yeni müqavilə - İtaliyada qalır

Uruqvay millisinin futbolçusu Dieqo Qodin “Kalyari” ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi əvvəlki anlaşmanı daha bir il müddətinə uzadacaq.

O, 2024-cü ilin yayına qədər İtaliya klubunun formasını geyinəcək. Qodinin hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Qeyd edək ki, Dieqonun Sardiniya təmsilçisini tərk edəcəyi gözlənilirdi. Müdafiəçi Rusiya klublarından cəlbedici təkliflər alsa da, “Kalyari”də qalmağa üstünlük verib.