11:19 06-09-2021
news_image
145
FUTBOL

Daha bir itki - yığmamızda

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyunu ərəfəsində Azərbaycan millisi daha bir itki ilə üzləşib.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Rüstəm Əhmədzadə yığmanın heyətindən çıxarılıb.

Ukrayna “Minay”ının futbolçunun zədə səbəbindən sabah keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcəyi dəqiqləşib. O, sentyabrın 4-də Dublin şəhərində təşkil olunmuş İrlandiya – Azərbaycan oyununun gedişində zədələnib.

Rüstəmə qədər daha iki futbolçu heyətdən çıxarılıb. Portuqaliya yığması ilə oyuna hazırlaşan millimizin düşərgəsini daha öncə Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı kart limiti ilə əlaqədar tərk edib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan – Portuqaliya qarşılaşması saat 20:00-da başlayacaq.