11:25 06-09-2021
news_image
120
FUTBOL

Azərbaycanla heç-heçənin səbəbi – özündənrazılıq

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qollu bərabərə qalan (1:1) İrlandiya yığmasının məşqçi və futbolçu heyəti tənqid olunmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, İrlandiya futbol ictimaiyyəti Dublindəki uğursuz nəticənin səbəblərini araşdırıb.

Ümumilikdə həm məşqçi, həm də futbolçu heyətinin Azərbaycan millisini ciddiyə almadığı qənaətinə gəlinib: “Matçdan əvvəl həm futbolçular, həm də məşqçilərin açıqlamalarından özündənrazılıq hiss olunurdu. Azərbaycanlı futbolçuları tanımaya bilərsiniz, ancaq bu, ciddiyə almamaq üçün səbəb olmamalı idi. Unutmaq olmaz ki, dünyanın ən yaxşı hücumçularına malik Portuqaliya onları avtoqol sayəsində məğlub edib. FİFA reytinqindəki mövqeləri yox, son nəticələri onların əsl gücünü əks etdirir”.

Qeyd edək ki, İrlandiya qrupda növbəti oyununu sabah Serbiyaya, Azərbaycan isə Portuqaliyaya qarşı keçirəcək.