11:44 06-09-2021
news_image
113
FUTBOL

Koronavirusa yoluxdu – millinin qapıçısı

ABŞ millisinin və İngiltərə “Mançester Siti”sinin qapıçısı Zak Steffen koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu yığmanın mətbuat xidməti açıqlayıb.

Qolkiperin testi müsbət nəticə verib. O, DÇ-2022-nin Hondurasla seçmə oyununu buraxmalı olacaq.

Qeyd edək ki, Zak 2019-cu ildən Mançester təmsilçisinin futbolçusudur. O, bir müddət Almaniya “Fortuna”sında icarədə olub.