12:09 06-09-2021
news_image
214
FUTBOL

Mamadu Kaneni C komandasına göndərdi - yunanlar

Yunanıstan mətbuatı “Olimpiakos”un yay transferlərini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, həmkarlarımız “Neftçi”dən alınan yarımmüdafiəçi Mamadu Kane barədə də fikirlərini bölüşüb.

Azərbaycan çempionuna yenidən icarəyə verilən qvineyalı orta sahə oyunçusu “Olimpiakos”un üçüncü komandası səviyyəsində göstərilib. Kane ilə yanaşı, İspaniyanın “Fuenlabrada” klubuna icarəyə verilən argentinalı hücumçu Franko Soldano da eyni kateqoriyaya aid edilib.

Yunanlar bəzi oyunçuların isə B komandasına uyğun olduğu qənaətindədir: “Həm B, həm də C komandası səviyyəsində olanlar bir növ gələcəyə yatırım hesab edilir. Onlar əsas heyətə cəlb olunmaq üçün çox çalışmalı və özlərini təsdiq etməlidirlər”.

Qeyd edək ki, Mamadu Kanenin “Olimpiakos”a transferi “Neftçi”yə 300 min avro qazandırıb.