00:27 07-09-2021
news_image
166
FUTBOL

Avropaya çıxdığımız gün – 7-ci dəfə 7-də

Azərbaycan millisi bu gün Portuqaliya ilə görüşəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız tarixində 7-ci dəfə sentyabrın 7-də meydana çıxacaq.

Bu tarix Azərbaycan futbolu üçün önəmli hadisə ilə əlamətdardır. Millimiz məhz sentyabrın 7-də beynəlxalq arenaya, Avropa səhnəsinə çıxıb.

Millimiz özünün ilk seçmə tsiklinə - AVRO-1996-nın seçmə mərhələsinə 1994-cü il sentyabrın 7-də başlayıb. Həmin gün komandamız Buxarestdə Rumıniyadan 3 cavabsız qol buraxıb.

Sonradan daha iki dəfə 7-si xoşbəxt gün olmayıb. Əvvəl İtaliya, ardınca Almaniyadan məğlubiyyətlər alınıb.

Son 9 ilə təsadüf edən digər üç duel isə sülhlə bitib. Yığmamız iki dəfə İsrail, bir dəfə Kosovo ilə sülhə imza atıb.

7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya – Azərbaycan – 3:0
7 sentyabr 2002. Bakı. AÇ. Azərbaycan – İtaliya – 0:2
7 sentyabr 2010. Köln. AÇ. Almaniya – Azərbaycan – 6:1
7 sentyabr 2012. Bakı. DÇ. Azərbaycan – İsrail – 1:1
7 sentyabr 2013. Ramat-Qan. DÇ. İsrail – Azərbaycan – 1:1
7 sentyabr 2018. Bakı. ML-D. Azərbaycan – Kosovo – 0:0