13:01 06-09-2021
news_image
114
FUTBOL

Heyətdən çıxarıldı – “Kayrat”ın futbolçusu

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Kayrat”ın futbolçusu Nurali Alip problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı müdafiəçi Qazaxıstan millisinin heyətindən çıxarılıb.

Buna səbəb DÇ-2022-nin seçmə mərhələsində Bosniya və Herseqovina ilə səfərdə keçiriləcək qarşılaşma üçün Alipin viza ala bilməməsi olub. Qazaxıstan Futbol Federasiyası milli oyunçularının sənədlərini təqdim etdiyi vaxt Alip “Kayrat”ın heyətində Konfrans Liqasında iştirak edib. Bu səbəbdən onun səfər görüşünə viza alması üçün vaxtı çatmayıb.

Qeyd edək ki, D qrupunda yer alan Qazaxıstan sabah Bosniya və Herseqovinanın qonağı olacaq.