13:28 06-09-2021
news_image
353
FUTBOL

Sabir Əliyev vəfat etdi – 73 yaşında

Azərbaycan futbol ictimaiyyətinə itki üz verib.

Apasport.az saytının məlumatına görə, tanınmış futbol məşqçisi Sabir Əliyev vəfat edib.

Bunu "Sumqayıt" klubunun mətbuat xidməti açıqlayıb. Klubun futbol akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru 73 yaşında dünyasını dəyişib. Azərbaycanın əməkdar məşqçisi olan Sabir Əliyev uzun sürən xərçəng xəstəliyindən vəfat edib. O, ölümündən bir müddət əvvəl əməliyyat olunsa da, xəstəliyə qalib gələ bilməyib.

Əliyev karyerası ərzində Sumqayıtın “Xəzər” və “Gənclərbirliyi”, Qubanın “Şahdağ” klublarının baş məşqçisi olub. “Xəzər” onun rəhbərliyi altında iki dəfə - 1992-ci və 1993-cü illərdə Azərbaycan çempionatının gümüş medallarını qazanıb. O, “Gənclərbirliyi” ilə I dəstənin çempionu adını qazanıb.

Allah rəhmət eləsin!