13:48 06-09-2021
news_image
117
FUTBOL

İki futbolçunun oynamasını istəyir – prezidentin tələbi

“Barselona”nın prezidenti Joan Laporta baş məşqçi Ronald Kumanla görüşüb.

Apasport.az saytının məlumatına görə, cütlük arasında söhbət iki futbolçu ilə bağlı olub.

Laporta müdafiəçi Samuel Umtiti və yarımmüdafiəçi Riki Puçun daha çox oyun şansı əldə etməsini istəyib. Xüsusən də, Puç baş məşqçinin bəyənmədiyi oyun üslubuna malik olsa da, 22 yaşlı futbolçu prezidentin sevimlisidir. Niderlandlı mütəxəssis ondan fərqli fransalı müdafiəçinin formaya düşəcəyi təqdirdə müntəzəm oynaya biləcəyini söyləyib.

Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən “Barselona”da çıxış edir. Akademiyanın yetirməsi olan Riki Puçun icarəyə götürülməsi üçün təkliflər gəlsə də, rəhbərlik onun ayrılmasına razılıq verməyib.