14:03 06-09-2021
news_image
196
FUTBOL

FİFA “Neftçi”yə qayıtması üçün kömək edə bilməyəcək - Mamadu Kaneyə

“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineyadakı hərbi çevrilişə görə ölkəni tərk edə bilmir.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Mərakeşlə oyun üçün Qvineyada olan 24 yaşlı yarımmüdafiəçinin Azərbaycana gəlməsinə FİFA heç cür köməklik göstərə bilməyəcək.

Adıçəkilən ölkədə qalan bir neçə oyunçunun klubu bununla bağlı ali futbol qurumuna müraciət etsə də, cavab ürəkaçan olmayıb. FİFA bunda məsuliyyət daşımadığını, yalnız təşəbbüs göstərə biləcəyini açıqlayıb. Oyunçular yalnız klublarının, diplomatik kanalların və agentlərin köməyinə ümid etməlidirlər.

Qeyd edək ki, “Neftçi” Mamadu Kaneni “Olimpiakos”a satsa da, qvineyalı futbolçu icarə əsasında Azərbaycan çempionunun heyətində çıxış edəcək.