17:21 06-09-2021
news_image
139
FUTBOL

"Azərbaycanla matça final gözü ilə baxmalıyıq" - Ruben Diaş

“Azərbaycanın İrlandiyaya qarşı oyununu izlədik".

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya yığmasının futbolçusu Ruben Diaş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Müdafiəçi sabah Bakı Olimpiya Stadionunda baş tutacaq matçda hədəflərinin qalibiyyət olacağını bildirib: “Azərbaycan son oyunda yaxşı çıxış etdi. Buna rəğmən bizim üçün əsas məsələ oyuna köklənmək olacaq. Məqsədimiz yalnız qələbədir".

Diaş komanda yoldaşlarını diqqətli olmağa çağırıb: “Azərbaycan təhlükəli komandadır. Belə rəqib bizim daim sayıq olmağa vadar edir. Onlara qarşı matça final gözü ilə baxmalıyıq”.