22:48 06-09-2021
news_image

Azərbaycanlıya qalib gəldiyi döyüşdə aldığı qazancı açıqladı - Həbib Nurməhəmmədov

Yüngül çəkidə UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun ilk peşəkar döyüşdəki qazancı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı idmançının özü açıqlayıb.

O bildirib ki, Ukraynanın Poltava şəhərində Azərbaycan təmsilçisi Vüsal Bayramovla qarşılaşma asan keçib: “MMA-dakı ilk döyüşümə görə 2 min dollar qazandım. 19 yaşım var idi. Atam peşəkar döyüşə keçməyin vaxtı olduğunu dedi. Mənə ilk rəqib təklif olundu. Soruşdum ki, həqiqətən bir döyüş üçün 2 min verəcəksiniz? “Hə” cavabı aldım. Onda bu böyük pul idi, 13 il keçib. Rəqibin döyüşlərinə baxdım. Dedim ki, bu asan pullardır, getdik. Döyüş Ukraynada oldu. Rəqibimi döyüşün ilk bir neçə dəqiqəsində bitirdim. Pulları götürdüm və evə qayıtdım”.

Qeyd edək ki, Həbibin MMA-dakı ilk peşəkar döyüşü 2008-ci ilin sentyabrında baş tutub.