23:32 06-09-2021
news_image
155
FUTBOL

Üçü gedir – “Real”dan

İspaniyanın “Real” klubunun 2022-ci ilin yay planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi müqaviləsi başa çatacaq 4 oyunçusundan üçü ilə vidalaşacaq.

Marselo, İsko və Qaret Beyl gələn yay azad agent statusu alacaq. Həmin vaxt bu oyunçuların klubdan gedişi həm idman, həm maliyyə şərtləri ilə bağlıdır.

Müqaviləsi başa çatan Luka Modriç isə “Real”da qalacaq. Onunla daha bir illik müqavilə imzalanacaq.