17:51 06-09-2021
news_image
131
FUTBOL

Ukraynalı baş məşqçiyə ömürlük cəza – SƏBƏB

Ukraynanın “Olimpiya” klubunun baş məşqçisi Aleksandr Kulik ömürlük futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ukrayna Futbol Assosiasiyasının Nizam-İntizam Komitəsi verib.

O, Ukrayna kubokunun “Volçansk”a qarşı matçındakı (0:1) hərəkətinə görə belə ağır cəza alıb. Həmin görüşün baş hakimi Rostislav Dubina oyundankənar vəziyyətə görə “Olimpiya”nın qolunu saymayıb və Kuliki texniki zonadan kənarlaşdırıb.

Final fitindən sonra meydana daxil olan baş məşqçi hakimin üzərinə atılaraq onu yumruqlayıb. Ömürlük cəzalanan mütəxəssis klubunu da ziyana salıb. “Olimpiya” 100 min qriven cərimələnib.

Qalmaqalın digər iştirakçıları da cəzasız qalmayıb. “Olimpiya”nın futbolçusu Aleksandr Qrabar 2 illik diskvalifikasiya edilib. Komandanın rəisi Dmitri Qalitski isə bir illik cəza alıb.