09:26 07-09-2021
news_image
140
FUTBOL

Oblaka əvəzləyici tapıldı - Amerika kubokunun qalibi

İspaniyanın “Atletiko” klubunun transfer etmək istədiyi qapıçının adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi İngiltərə “Aston Villa”sında çıxış edən Emiliano Martinesin xidmətində maraqlıdır.

La Liqa klubu 29 yaşlı argentinalıya Yan Oblakın əvəzləyicisi kimi baxır. Komandadan gedəcəyi gözlənilən sloveniyalını məhz Martines əvəzləməlidir.

Qeyd edək ki, Emiliano Premyer Liqanın ötən mövsümündə 38 matç keçirib. 46 top buraxan qapıçı 15 dəfə qapısını toxunulmaz saxlayıb. O, millidə Amerika kubokunun qalibi olub.