09:40 07-09-2021
news_image
141
FUTBOL

“Hər kəs Azərbaycan üzərində qələbə gözləyir” – Verner Qreqoriç

“Hər kəs bizdən Azərbaycan üzərində qələbə gözləyir, amma çoxlarının düşündüyü qədər asan olmayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Avstiyanın U-21 yığmasının baş məşqçisi Verner Qreqoriç AVRO-2023-ün seçmə mərhələsində Azərbaycanla bu gün keçiriləcək oyun barədə danışarkən deyib.

63 yaşlı mütəxəssis bir neçə gün əvvəl Norveçə 1:3 hesablı məğlubiyyət baxmayaraq, toparlanacaqlarına ümid edir: “Ağır məğlubiyyətdən sonra yenidən ayağa qalxmaq və tam güclə hücum etmək vacibdir. Komandamın bu baxımdan nümunə olmasını istəyirəm. Rid-İnnkreysdə özümüzü həmişə rahat hiss edirik. Azarkeşlərin bizi yalnız qoymayacağına ümid edirik. Tribunalardan dəstək çox vacibdir”.

Qeyd edək ki, “Keyne Sorgen Arena”da baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 20:00-da səslənəcək.