10:07 07-09-2021
news_image
170
FUTBOL

Futbol tarixinin yığmasında - “Zirə”nin futbolçusu

Mərkəzi Afrika Respublikasının (MAR) futbol tarixinin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu ölkənin 11 ən yaxşısını müəyyənləşdirib.

Heyətə Azərbaycanda oynamış futbolçu da düşüb. Tarixin ən yaxşılarının siyahısında David Manqa da yer alıb. Ölkəmizdə “Zirə”nin formasını geyinmiş 32 yaşlı legioner sol cinah yarımmüdafiəçisi kimi “11-liy”ə düşüb. O, 2017-ci ildə qəsəbə təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, Fransada anadan olan Manqa PSJ-nin yetirməsidir. O, karyerası ərzində “Ayzenştadt”, “Münhen-1860”, “Partizan”, “Beroe”, “Tırqu Mureş”, “Hapoel” (Ramat Qan), “Hapoel” (Kiryat Şmona), “Hapoel” (Aşkelon) klublarında forma geyinib.