10:29 07-09-2021
news_image
116
FUTBOL

Zədəli futbolçularının durumuna aydınlıq gəldi – Portuqaliya yığmasının

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Portuqaliya yığmasının heyətlə bağlı problemi həll olunub.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, zədəli futbolçular Pepe və Joao Palinyanın durumu məşqçilər korpusunu sevindirib.

Həm təcrübəli müdafiəçi, həm də yarımmüdafiəçi komandanın son məşqində ilk dəfə əvvəldən sona qədər iştirak edib. Hər iki oyunçunun bugünkü qarşılaşmaya 100 faiz hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 20:00-da başlayacaq. Rəqibin heyətində kapitan Kriştianu Ronaldo cəzalı, millimizdə isə kapitan Maksim Medvedev, hücumçu Rüstəm Əhmədzadə zədəli, müdafiəçi Anton Krivotsyuk isə cəzalı olduğu üçün görüşü buraxacaq.