17:43 07-09-2021
news_image
162
FUTBOL

London klubuna keçəcək – Sane

Almaniyanın “Bavariya” klubunun futbolçusu Leroy Sane karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi qış transfer pəncərəsində Münhen təmsilçisini tərk etməyə qərar verib.

25 yaşlı almaniyalı futbolçu Premyer Liqada çıxış etmək istəyir. London klubları “Çelsi”, “Arsenal” və “Tottenhem” Saneni heyətində görməkdə maraqlıdır. Bu mübarizədə “Çelsi” daha şanslıdır. Leroya Çempionlar Liqasında mübarizə aparan komandada oynamaq arzusundadır.

Qeyd edək ki, Sane 2016-20-ci illərdə “Mançester Siti”nin formasını geyinib. Yarımmüdafiəçi 2020-ci ildə Premyer Liqa klubundan “Bavariya”ya keçib.