11:22 07-09-2021
news_image
171
FUTBOL

Braziliyaya texniki məğlubiyyət verəcək? – FİFA

FİFA DÇ-2022-nin seçmə mərhələsinin yarımçıq qalan Braziliya – Argentina matçı ilə bağlı araşdırmaya başlayıb.

Apasport.az saytının məlumatına görə, qurum sentyabrın 5-də keçirilməli olan və erkən dayandırılan oyunda baş verənlər barədə məlumatların toplanılmasına start verib.

San-Pauludakı görüş başlayandan az sonra polis əməkdaşları və səhiyyə nazirliyinin nümayəndələri meydana daxil olub. Onlar qarşılaşmanın dərhal dayandırılmasını tələb edib.

Buna Argentina yığmasının İngiltərə Premyer Liqasında oynayan 4 futbolçusu səbəb olub. Covanni Lo Çelso, Emiliano Buendia, Emiliano Martines və Kristian Romero karantin qaydalarını pozmaqda və yalan tibbi məlumat verməkdə ittiham olunur.

Onlar meydandan çıxarıldıqdan sonra Argentina millisi matçı davam etdirmək istəməyib. FİFA-nın araşdırmalardan sonra meydan sahibi Braziliyanı cəzalandıracağı gözlənilir. “Pentakampeonlar”a texniki məğlubiyyət veriləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Braziliya – Argentina matçı barədə qərarı FİFA-nın Nizam-İntizam Komitəsi verəcək.