11:27 07-09-2021
news_image
103
FUTBOL

“Hər iki oyunu qəbul etməyə hazırıq” – BOS-un direktoru

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununa 20 mindən çox bilet satılıb.

Bu barədə apasport.az saytına matçın baş tutacağı Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev məlumat verib.

Qarayev həmçinin “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində sentyabrın 16-da “Bazel”lə ilk ev oyununu qəbul etməyə hazır olduqlarını söyləyib: “Qarabağ” oyunun BOS-da keçirilməsi üçün UEFA-ya müraciət edib, qitə futbol qurumunun cavabını gözləyir. Razılıq verilərsə, klubla bu barədə danışığımız olacaq. Bakı Olimpiya Stadionunun ot örtüyü yaxşı vəziyyətdədir. Azərbaycan – Portuqaliya və ardından “Qarabağ” – “Bazel” matçını qəbul etməyə tam hazırıq”.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.